Niyə görə peyvəndlər qolumuzdan vurulur? – İZAH 


Bir çox peyvəndlər çiyin yaxınlığında yerləşən qolumuzun “deltoid əzələsindən” əzələdaxili yeridilir. Qolunuzu düz tutduğunuz zaman çiyninizdə qabarıqlıq yaradan əzələ deltoid əzələdir. 

3 yaşdan kiçik uşaqlarda vəziyyət bir qədər fərqlidir, çünki uşaqların deltoid əzələsi tam inkişaf edə bilmədiyi üçün omba üzərində peyvənd edilir. 

"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, peyvəndin qolumuza vurulmasının əsas səbəbi çiynimizdəki deltoid əzələnin bunun üçün üçün son dərəcə uyğun bir əzələ olmasıdır. 

Deltoid əzələ əhəmiyyətli sayda immun hüceyrə ehtiva edir və beləliklə, peyvəndlər vasitəsilə vücudumuza daxil olan mRNT və zəifləmiş virus kimi "antigenlər" əzələmizdəki çox sayda immun hüceyrə tərəfindən asanlıqla tanınır. 

Bədənin immun sisteminin qalalarından olan qoltuqaltı limfa düyünlərinə yaxın olur və tanınan antigenlərin buradan sürətlə ötürülməsinə şərait yaradır.Ətrafındakı piy toxumasının çox qalın olmaması kimi üstün xüsusiyyətləri var. 

Piy toxuması nə qədər qalın olarsa, iltihab və ağrı ehtimalı bir o qədər çox olar, çünki yağ toxumasında qan axını zəifdir. 

Peyvəndin qoldan vurulmasının daha bir səbəbi isə peyvənd mərkəzlərində və xəstəxanalarda prosesin bu şəkildə daha rahat həyata keçirilə bilməsidir.