Nadir xəstəlik: "Morris sindromu"  - Kişilər qadına bənzəyirlər - FOTO 


Belə bir xəstəlik var. Buna "Morris sindromu" deyilir. “Morris Sindromu” nədir? Onu kəşf edən, ginekoloq Con Maklin Morrisin şərəfinə adlandırılan bu sindrom irsi xarakter daşıyır və genetik olaraq kişi fərdlərin kənardan qadına bənzədiyi nadir bir xəstəlikdir.

 "Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, sindromun səbəbi insan genofondunda androgen reseptorlarına cavabdeh olan gendəki mutasiyadır. Bu gen androgen hormonlarının təsir edəcəyi reseptorları kodlayır və cinsiyyətin kişi istiqamətində inkişaf etməsini təmin edir. 

Gendəki mutasiya nəticəsində androgen stimullaşdırmalı olan reseptorları stimullaşdıra bilmir və androgenin təsiri pozulur. Nəticədə fərd genetik olaraq kişi olduğu halda, fenotipdə (görünüşdə) qadın kimi inkişaf edir. 

Fotodakı Hani Qabi Odyel adlı supermodel “Morris sindromlu”dur . Əslində kişidir, amma görünüşü qadına bənzəyir.