Miqrendən necə qurtulaq? – Həkimdən izah

Miqren müalicəsi mümkün olan nevroloji xəstəlikdir. Bu xəstəlik kişilərlə nisbətdə qadınlarda daha çox rast gəlinir. Qadınların təxminən 20 faizi, kişilərin isə 7 faizi miqrendən əziyyət çəkirlər. “Sherg.az”ın məlumatına görə  “Turan Hospital”ın həkim-nevroloqu Ruhiyyə İbrahimli xəstəlik haqqında “Günə Doğru” verilişinə açıqlama verib:

“Miqren xəstəliyi özünü 30 yaşa kimi göstərir. Erkən yaşlarda başlayır. Cinsi yetişkənlik dövründə özünü daha qabarıq göstərir. Yaş artdıqca miqren tutmalarının sayı azalır. Lakin bəzən qocalıq dövrünə qədər uzana bilir.

 Bir tərəfli, pulsasiya edən baş ağrıları varsa və ağrı şiddəti bir neçə dəqiqədən bir neçə saat müddətdə artırsa,  səhərlər yuxudan oyananda tutmalar zamanı ürəkbulanma, qusma müşahidə olunursa, fiziki   aktivlik vaxtı ağrı şiddətinin artması hesabına əmək qabiliyyəti enirsə, deməli sizdə miqren xəstəliyi vardır.

İsti, soyuq, cinsi yetişkənlik dövrü, uzun müddət ac qalmaq, yuxusuzluq, menstruasiya və menepauza dövrü xəstəliyi şiddətləndirir. Bir sıra məhsulları qida rasionumuzdan çıxartmalıyıq. Pendir, bəzi sitrus meyvələri, duza qoyulmuş tərəvəzlər, şokolad, banan, ovakado və s”.

Nevroloq miqrenin müalicə yollarını vurğulayıb:

“Profilaktik müalicə apardıqda tutmaların sayını azaltmış oluruq, bəzən tamamilə yoxa çıxartmaq mümkündür. Tutmalar dövründə xüsusi seçim preparatlarını pasientlərə təyin etməklə ağrı şiddətini azaldırıq, yaxud ağrının itməsinə nail ola bilirik”.