Azərbaycan və Türkiyə tibbi sığortanı qarşılıqlı olaraq tanıyacaqlar - RƏSMİ


“Türkiyənin müvafiq qurumu ilə anlaşma memorandumu imzalamışıq”. 

Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib. 

O bildirib ki, həmin sənədə əsasən, hər iki ölkə arasında tibbi sığortanın üç il müddətində qarşılıqlı şəkildə tanınması nəzərdə tutulur:

“Hesab edirəm ki, üç ilin tamamında biz buna nail ola biləcəyik”.