Onkoloji xəstəliklər bu il Xidmətlər Zərfinə daxil edilməyəcək - SƏBƏB

Bu il onkoloji xəstəliklərin İcbari Tibbi Sığorta Agentliyinin Xidmətlər Zərfinə daxil edilməsi gözlənilmir. 

Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib. 

O bildirib ki, onkoloji xəstəliklər ayrıca bir dövlət proqramıdır: 

“Bununla bağlı Onkoloji Mərkəzin rəhbərliyi ilə bir sıra müzakirələr aparılıb. Bu il bunun Xidmətlər Zərfinə daxil edilməsi planlaşdırılmır. Ancaq qarşıdakı illərdə onkoloji xəstəliklərin müəyyən hissəsi Xidmətlər Zərfinə daxil edilə bilər. Bu barədə yeniliklər barədə ictimaiyyətə məlumat veriləcək”.