ÜST rəhbəri Ukraynaya işgüzar səfər edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Ukraynaya işgüzar səfər edib.

“Report” xəbər verir ki, o, bu barədə cümə günü tviter səhifəsində məlumat verib.

"Ukraynaya gəldim", - paylaşımda deyilir.

Səfər çərçivəsində ÜST rəhbəri təşkilatın ukraynalı əməkdaşları ilə görüş planlaşdırır.