"Axmaq puma" sindromu ilə bağlı bilmədikləriniz... 

Pişikkimilər ailəsinin ən möhtəşəm üzvlərindən biri olan pumalar çox ağıllı bir ovçudurlar.  Çəkisi yüz kiloqrama qədər olan pumalar inanılmaz əzələ gücü, koordinasiya və yaradanın onlara bəxş etdiyi digər xüsusiyyətlər sayəsində vəhşi təbiətin ən qorxulu yırtıcılarından birinə çevriliblər.
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, vəhşi təbiət qanunlarına uyğun hərəkət edən pumalar, digər yırtıcılar kimi yaşamaq üçün öldürürlər.  
Amma pumalar hər ovdan müvəffəqiyyətlə qayıda bilmirlər.  Bəzən təqib etdikləri ov pumalardan daha çevik, daha ağıllı və ya sadəcə şanslı olur.  
O zaman “axmaq puma” təslim olmur.  Hər şeyə rəğmən tuta bilmədiyi şikarın dalınca gedən " axmaq puma"nın nəhayət bütün gücünü tükədir və o acından ölür.  "Axmaq puma" sindromu bizə həyat boyu xatırlayacağımız bir şey öyrədir. 
Öyrənəcəyimiz şey imtina etməyin bəzən bir fəzilət ola bilməsidir.  Beləliklə, səylərimizin qarşılığını almamaq bizi "axmaq puma"lar edir.  Bəzən təslim olmağı da bacarmalıyıq.