Partiya sədrinin səhhətində problem yaranıb 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhətində problem yaranıb. 
"Sherg.az" xəbər verir ki, bir müddətdir, müxtəlif xəstəliklərdən əziyyət M.Mirəlioğlu müayinə və müalicə üçün Türkiyəyə yollanıb. O, Türkiyəyə ailə üzvləri ilə birlikdə gedib. Qeyd edək ki, avqusun 19-da xəstəxanaya yerləşdirilən partiya sədri Mirmahmud Mirəlioğlunun səhhəti bir neçə gün sonra yaxşılaşmağa başlamışdı. Siyasətçi yüngül insult keçirtsə də, sonradan vəziyyəti düzəlmişdi. 

KXCP sədrinin müavini Xəzər Teyyublu "Sherg.az"a açıqlamasında bildirib ki, Mirmahmud Mirəli oğlu bir neçə gün əvvəl xəstəxanadan evə buraxılmışdı: 
"Sumqayıtda dövlət xəstəxanasında yatandan sonra stasionar qaydada müailəcə edilməklə evə buraxılmışdı. Vəziyyəti normallaşmışdı. Bir müddət sakit mühitdə dincəlməli, proseslərdən uzaq olmalı idi. Sonrakı proseslərdən xəbərimiz olmayıb".