İstanbuldakı partlayışda zərərçəkənlərin çoxu xəstəxanalardan buraxılıb - FOTO

İstanbulun İstiqlal küçəsində baş verən partlayışda yaralanan 60-dan çox insan xəstəxanalardan buraxılıb.
Bu barədə İstanbul valisi Əli Yerlikaya məlumat verib.
“61 zərərçəkən evə buraxılıb, 14 xəstə xəstəxana palatalarında, 6 xəstə reanimasiya şöbəsindədir”, - o, “Twitter”də yazıb.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.