Avokado bu problemləri aradan qaldırır

Son illərdə ölkəmizdə də tanınmağa və evilməyə başlayan avokadonun sağlamlıq üçün möcüzəvi faydalarınıl olduğunu bilirdinizmi?

Axşam.az sizə bu tropik meyvənin yararlarından danışacaq. Tərkibində 20-yə yaxın vitamin və mineral vardır. Mis, dəmir, maqnezium və fosforla yanaşı A, B, C, E və K vitamini ilə də zəngindir.

Hər bir meyvə kimi avokadonun da tərkibində karbohidrat var, lakin bu meyvə ən sağlam meyvələr sırasındadır.
Avokado E vitamini deposudur və protein baxımından zəngindir. Bu 2 elementin sayəsində bir çox xəstəliklərə qarşı güclü vasitədir.

Avokado artıq çəki, ürək-damar sisteminin zəifliyi, sağlam olmayan dəri və saç, həzm prosesinin narahatlığı kimi bir sıra xəstəliklərin əleyhinə istifadə oluna bilər.

Çəkiyə nəzarət

Avokado zəngin tərkibi sayəsində həm ləziz, həm də sağlam qidadır. Həzm prosesini yaxşılaşdırır və toxluq hiss yaradır. Bu baxımından pəhrizdə olan xanımlara avokado məsləhət görülür.

Ürəyin dərmanıdır

Avokadonun tərkibində olan bir sıra minerallar ürək-damar sisteminə müsbət təsir göstərir. Həmçinin bir avokado gündəlik fol turşusu ehtiyacınızın 23%-ni qarşılayır.

Gözlər üçün əvəzedilməzdir

Sağlam gözlər üçün əslində çox böyük müalicələrə və ya əməliyyata ehtiyac yoxdur. Avokado güclü antioksidant tərkibi ilə yaranan travmaları və yaşla əlaqəli meydana gələn zəifləmələri aradan qaldırmağa yardımçıdır.

Xərçənglə mübarizə aparır

Avokadonun xərçəngin qarşısını aldığı elmi bir həqiqətdir. Həmçinin xərçəng xəstəliyi ilə  mübarizədə kimyəvi müalicənin əks təsirlərini də azaltdığı təsdiq olunub. Araşdırmalar göstərir ki, avokadonun özündə olan bir maddə prostat xərçəngi hüceyrəsinin böyüməsinin qarşısını alır.

Uşaqlar üçün çox faydalıdır

Avokadonun tərkibindəki fol turşusu uşaqlar üçün də çox faydalıdır. Xüsusilə, proteinlər uşaqların sağlamlığına xeyirdir. Həmçinin, Maqnezium, B1, B2 vitaminləri baxımından zəngin olması uşağın fiziki və zehni inkişafına da təkan verir.

Depresiya ilə mübarizə aparır

Əgər depresiyadasınızsa, bir avokado sizin əhvalınızı yüksəldəcək. Homosisteyinin yaratdığı halsızlıq, iştahasızlıq və yuxusuzluq avokado vasitəsilə aradan qaldırıla bilər.

Həzmə kömək edir

Təbii liflərdən ibarət olan avokado qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır.

Xolesterinin qarşısını alır

Tərkibindəki sağlam yağlar xolesterin riskini azaldır.

Təzyiqi normallaşdırır

Əgər yüksək təzyiqdən əziyyət çəkirsinizsə, sizə avokadonu məsləhət görürük. Tərkibindəki maqnezium və potasyum qan təzyiqinizi normada saxlayacaq.

Təmiz dəri üçün

Avokadonun tərkibindəki A, C və E vitaminləri dəriyə çox xeyirdir. Lakin bunun üçün avokadonu yemək deyil, əzərək dəriyə tətbiq etmək lazımdır. Avokado dərinizi yumşaltmaqla yanaşı, yaranan ləkələri aradan qaldıracaq və günəşin zərərli təsirlərindən qoruyacaq.