Uşaqların 22 faizi düzgün qidalanmır


Tədqiqat çərçivəsində 16 ölkədə aparılmış müayinələr və analizlər üzərində işlənib

  Aparılan xüsusi tədqiqat dünyadakı uşaqların 22 faizində qida pozuqluğu əlamətlərini ortaya çıxarıb. Məlum olub ki, uşaq və yeniyetmələrin 22 faizi düzgün qidalanmır. “NTV.com” xəbər verir ki, İspaniyanın Castilla-La Mancha Universitetinin tədqiqatçısı, doktor Jose Fransisko Lopez-Gil, “qida pozuqluğu uşaq və yeniyetmələr arasında ciddi bir problemdir. Bu xəstəliyin erkən təsbiti və müdaxilə edilməsi ortaya çıxa biləcək sağlıq problemlərinin qarşısını almaq baxımından çox önəmlidir”, - deyib. Tədqiqat çərçivəsində 16 ölkədə aparılmış müayinələr və analizlər üzərində işlənib. Nəticələr “JAMA” pediatriya dərgisində yayımlanıb. Diqqətçəkən həm də budur ki, qida pozuqluğunun artıq çəkiyə malik və yeniyetməlik dövründəki qızlar arasında daha yüksək olduğu müəyyənləşib. Tədqiqat zamanı müəyyən edilib ki, uşaqların bir çoxu qida pozuqluğunu gizlədir. Bunu bəziləri utandığından edir, yardım istəməkdən çəkinirlər. Nəticədə problem getdikcə dərinləşir, uşaqlar zamanında müalicə olunmurlar. Bunu valideynlər fərq etməlidir. Valideynlər özlərinə qarşı da diqqətli olmalıdır, uşaqlara qarşı da. Qida pozuqluğu yaşandığını anlamaq çətin deyil. Tez-tez qidalanma, qədərindən artıq qidalanma, yeməklərə böyük həvəs, davamlı acmaq hissi, çəkinin yaşa uyğun olmaması qida pozuqluğunun əlamətləridir. Doktor tövsiyə edir ki, uşaqlarda və yeniyetmələrdə bu əlamətlər varsa, onlar təcili müayinə olunmalı və təxirə salınmadan müalicəyə başlanmalıdır. Valideynlər övladlarına burada utanmalı və ya çəkinəcək bir durum olmadığını başa salmalıdırlar.