İftardan sonra əsla bunu etməyin - Diabet riskini artırır

Ramazan ayının sağlam keçməsi üçün iftar və sahurda istifadə etdiyiniz qidalara diqqət etməlisiniz.
İftardan sonra bəzi içkilər sağlamlığınız üçün ciddi təhlükə yaradır. Ramazan ayında iftardan sonra enerji içkilərindən istifadə etsəniz, sağlamlığınızı ciddi şəkildə riskə ata bilərsiniz. Enerji içkilərinin tərkibindəki yüksək dozada kofein və taurinin olması müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.
Bakupost.az enerji içkilərinin törətdiyi fəsadları təqdim edir.
Enerji içkilərinin tərkibində kofein, karbohidrat, şəkər və taurin başda olmaqla, bir çox maddə var. Burada əsas məsələ kofein və şəkərin yüksək olmasıdır. Bu maddələr insanlarda ürək xəstəliyi və şəkərli diabetin yaranmasına səbəb ola bilər.
Tərkibindəki taurin və yüksək dozalı kofein səbəbilə psixoloji problemlər yarada bilər.
Kofein sinir sistemini aktivləşdirdiyi üçün qan təzyiqinin artmasına, ritm pozğunluğuna və damarların daralması nəticəsində infarktlara səbəb ola bilər.
İftardan sonra istifadə etmək isə yuxu pozuntusuna səbəb olur. Ertəsi gün yorğunluq və halsızlıq yaranır.
İftarda intensiv karbohidratlı qidalar yeyildiyi üçün bunun üzərinə enerji içkisi içildikdə şəkər xəstəliyinə tutulma riski artır.
Energetik içkiləri daha çox gənclər qəbul edir. Gənclərin fitnes və itirilmiş enerjilərini qorumaq üçün istifadə etdiyini müşahidə edirik.
Gündə 300 milliqram kofein istifadəsi sadalanan riskləri yarada bilər.
Bunun üçün də bu cür energetik içkilər heç bir yaş qrupu üçün tövsiyə edilmir.