Bu faydası haqqında heç eşitməmisiniz: Xəstəliyə qarşı  qalxan rolunu oynayır

Mütəxəssislər qarpızın daha bir özəl xüsusiyyətini isbatlayıb

Yay mövsümünün vazkeçilməzi qarpızın bir çox üstünlükləri məlumdur. Qida mütəxəssisləri qarpızın daha bir özəl xüsusiyyətini vurğulayıb. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, mütəxəssislər qarpızın bütün digər faydaları ilə yanaşı, xərçəngə qarşı zireh oldğunu da isbatlayıb. Bu, qarpızın tərkibindəki maddələrdən qaynaqlanır. Tərkibinin 90 faizi su olan qarpız təkcə insana sərinlik həzzi yaşatmır, həm də xəstəliklərdən qoruyur.

  Qarpız tərkibindəki liflər sayəsində bağırsaqları yaxşı çalışdırır. Gün ərzində həm orqanizmin suya olan tələbatını, həm də meyvə - vitamin ehtiyacını ödəməyə qadirdir. Qarpız C vitamini və folik asitlə zəngindir. C vitamini xəstəliklərə qarşı immun sistemi gücləndirən ən önəmli antioksidandır. Bütün qırmızı rəngli meyvə-tərəvəzlərdə likopen və antosiyanin maddəsi yüksək dərəcədədir, o cümlədən də qarpızda. Bu maddələr ürək çatışmazlığı, ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinə qarşı qoruyucu effektə malikdir. Qırmızı maddələr həmçinin iltihab əleyhinə qoruyucudur. Qarpızın tərkibində də bu maddələr olduğundan xəstəliklərə qarşı qoruyur. Baş ağrılarından əziyyət çəkənlərə qarpız yemək məsləhətdir. Qarpız baş ağrılarını ardan qaldıra bilir. Qarpız böyrəklərin daha yaxşı işləməsinə kömək edir. Amma çox yeyildikdə bağırsaqlarda qaz əmələ gətirə, ishala da səbəb ola bilər. Şəkər xəstələri də ehtiyatlı olmalı, az miqdarda qarpız yeməlidirlər. Yaxşı olar ki, həkimlə məsləhətləşsinlər.