Qripin dərmanı!

Soğan və mixək birləşdikdə faydaları ikiqat artır

  Mövsüm xəstəlikləri özünü göstərir. Hər cür təhlükəli virusların yayılma ehtimalı olduğu bir vaxtda mövsümü qrip də bir yandan bezdiricidir. Həm də sağlamlıq üçün çox təhlükəlidir. Mütəxəssislər dərman preparatlarına üstünlük verməkdənsə, təbii üsullarla müalicəni – dədə-nənə üsullarını tövsiyə edirlər. Soyuqdəymə və qripə qarşı effektiv üsullardan biri də soğan və mixəklə (qərənfil - qvozdika) müalicədir. “Sherg.az"a “Milliyet.com.tr”yə istinadən bildirir ki, mütəxəssislər soğan və mixəyin soyuqdəymə ilə mübarizədə, burun tutulmasına və burun axmasına, həmçinin öskürəyə qarşı əla vasitə olduğunu bildirib. Soğan infeksiya əsaslı xəstəliklərin müalicəsində təbii dərmandır. Xüsusən öskürək və burun tutulmalarına qarşı təsirli vasitədir. Qrip və soyuqdəymədən təbii yollarla xilas olmaq, gecələr rahat yata bilmək üçün sadə üsuldan istifadə edə bilərsiniz. Soğan və mixək birləşdikdə faydaları ikiqat artır. Bir baş soğanı ortadan iki hissəyə bölüb içərisinə 5-6 ədəd mixək batırmaq lazımdır. Sonra bir qabın içinə qoyub yaxınlıqda saxlamalısınız. Soğan və mixəyin ətri burun dəliklərinin açılmasını və daha rahat nəfəs almanı təmin edəcək. Hətta soğanı bölmədən, iki hissəyə ayırmadan da üzərinə mixək batırıb yaxın ətrafda, gecələrsə yatağınızın baş ucunda saxlaya bilərsiniz. Soğanın tərkibindəki təbii antibiotik maddələr ətrafa yayılaraq otaqdakı virusları məhv edəcək, gecə rahat yata bilmənizə kömək edəcək. Başlıca vasitə soğandır, mixək isə yardımçıdır. Soğanın qoxusundan narahat olanlar üçün ətrafa xoş ətir yayır.