Azərbaycanda son 1 həftə ərzində koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda son 1 həftə ərzində (30 oktyabr - 5 noyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 45 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 101 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 3 nəfər ölüb.