Ürəyi dəyişdirildi, göbələk xəstəliyinə yenildi: Eyni gündə daha 4 nəfər də yoluxdu

Anadangəlmə ürək çatşmazlığı olan 45 yaşlı Adam Retmock uzun illərdən sonra nəhayət, ürəkköçürmə əməliyyatı üçün Avstraliyanın ixtisaslaşmış Şahzadə Çarlz Xəstəxanasına yatırılıb.  

Əməliyyat uğurla başa çatıb. Lakin A.Retmock qısa müddət sonra vəfat edib. Ürək qüsuruna görə yox, tamamilə başqa, gözlənilməz xəstəliyə yoluxduğuna görə. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, A.Retmockun nədən vəfat etdiyini müəyyənləşdirmək məqsədilə müayinələr, analizlər aparılıb. Məlum olub ki, o, göbələk xəstəliyindən vəfat edib.

 Bu azmış kimi, xəstəxanada  həmin  gün daha 4  orqan transplantasiyası əməliyyatı keçirilib. Və dəhşətli olan budur ki, eyni gündə əməliyyat masasına uzadılan şəxslərin hamısı – Adam Retmockla yanaşı,həmin 4 nəfər də göbələk virusuna yoluxub.  Bu, necə baş vermişdi? A.Retmock əməliyyatdan çıxdıqdan cəmi bir neçə gün sonra həkimlər onun orqanizmində gözlənilməz proses getdiyini fərq ediblər. Aparılan analizlərin nəticəsi A.Retmockun orqanizmində göbələk infeksiyasının əmələ gəldiyini göstərib. Həkimlər həm Adama, həm də həyat yoldaşı Kelliyə narahatlığa əsas olmadığını, vəziyyətin nəzarət altında olduğunu söyləyiblər. A. Retmockka göbələk əleyhinə dərmanlar verilib, antibiotik iynəsi vurulub.  Hətta A.Retmock yenidən əməliyyat masasına yatırılıb və cərrahlar döş qəfəsi sümüyünü qıraraq  göbələk hüceyrəsini oradan kənar ediblər. A.Retmock əməliiyatdan sonra özünü yaxşı hiss edib, sağalacağına ümidləri artıb. Lakin xəstəxanada onunla eyni gündə əməliyyat olunan daha 4 nəfərin də göbələk infeksiyasına yaxalandığını və xəstələrdən birinin vəfat etdiyini öyrəndikdə, onda böyük ümidsizlik baş  qaldırıb və o, bu neqativ hissə yenilib. Bu hadisədən 2 həftə sonra A.Retmock da vəfat edib. Ailəsi xəstəxanaya qarşı iddia qaldırıb. Amma nə xəstəxana rəhbərliyi, nə də həkimlər məsulliyyətə cəlb edilib. A.Retmockkun həyat yoldaşı Kelly Richards belə bir açıqlama verib: “Adam bu xəbəri mediadan eşitdi. Amma bizə xəbəri xəstəxana rəhbərliyi bildirməliydi. Onlar məlumatı gizlətdilər, bizə vəziyyətin nə dərəcədə ağır ola biləcəyini demədilər. Adam cəsur insan idi, ömrü boyunca çox əziyyətlərə qatlanmışdı. Lakin bu xəbərlərdən çox sarsıldı.  Toparlana bilmədi”, söyləyib. Bu da məlum olub ki, xəstəxanada göbələk infeksiyasına yoluxmuş xəstələr varmış. Bu şəraitdə ürəkköçürmə əməliyyatı aparmaq təhlükəlidir, zəifləmiş orqanizm virus və infeksiyalara qarşı həssas olur. Həkimlər bunu nəzərə almalıydı.