
Bakı-İrəvan dialoqu: Dalana dirənmə, yoxsa yeni mərhələ?
13:48 22.04.2025
Aktual
519
"İrəvanla Bakı arasında danışıqların dalana dirəndiyi ilə bağlı fikirlərlə razı deyiləm”.
Bunu jurnalistlərə Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
O, həmçinin ötən həftə Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycanın Milli Məclisinin sədri ilə qısa söhbət etdiyini də açıqlayıb.
Qeyd edək ki, Milli Məclisin spikeri Sahibə Qafarova və Ermənistan Parlametinin rəhbəri Alen Simonyan ötən həftə MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak ediblər.
Politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, Bakı və İrəvan arasında danışıqlar aparılsa da, bu prosesin yetərli səviyyədə olduğunu demək çətindir:

"Azərbaycan və Ermənistan sülhün imzalanması istiqamətində müəyyən müzakirələrə başlasalar da, bir sıra həll olunmamış məsələlər hələ də bu prosesin real nəticə verməsinə əngəl yaradır.
Eyni zamanda Ermənistan parlamentinin spikeri Alen Simonyanın bəzi açıqlamaları müəyyən reallıqları əks etdirir. Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrasında geri qalır ki, bu da danışıqların tempini aşağı salır. Buna baxmayaraq, tərəflər arasında ortaq məxrəcə gəlmək və razılaşmaları həyata keçirmək üçün hələ də perspektiv mövcuddur.
İlk növbədə, Ermənistan silahlanmanı dayandırmalı və problemi hərbi yolla deyil, siyasi dialoqla həll etməyə çalışmalıdır. Digər tərəfdən, hazırda Rusiyanın diqqəti əsasən Ukrayna müharibəsinə yönəlib və bu səbəbdən Cənubi Qafqaz məsələlərinə aktiv müdaxilə etmir".
Politoloq əlavə edib ki, Rusiya bölgədə maraqlı tərəf olaraq, öz istəklərinə uyğun sülh razılaşmasının əldə olunmasını istəyir:
"Bu baxımdan, Azərbaycan və Ermənistanın münaqişəni birbaşa danışıqlar yolu ilə, üçüncü tərəflərin iştirakı olmadan həll etməsi daha səmərəli ola bilər. Artıq tərəflər arasında birbaşa dialoqun formalaşması, vasitəçilərə ehtiyacı minimuma endirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə