“Ermənistanda siyasi aktivliyin artması və müəyyən qruplaşmaların, xüsusilə “Qarabağ klanı” üzvlərinin fəallığı düşmən ölkənin indiki durumu üçün normal haldır”. Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.
Partiya funksioneri deyib ki, “Qarabağ klanı”nın idarəçiliyi dövründə Ermənistanda kütlələrin və ayrı-ayrı siyasi qurumların narazılığı baş versə də, hakimiyyət ümumilikdə proseslərə nəzarət etməyi bacarırdı:
“Əvvəlki dövrdə ölkədə stabilliyin qorunması hakimiyyətin sərt və qəddar müdaxiləsi nəticəsində baş tuturdu. Rüşvət və korrupsiyaya bulaşmış hakimiyyətin sonunun gələcəyi görünürdü və nəhayət bu baş verdi. Paşinyanın hakimiyyətə gəlməsi maraqlı proseslər fonunda reallaşdı. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini istəməsə də, reallığı dərk edərək Qərblə birlikdə Paşinyana dəstək verməyə məcbur oldu. Beləliklə Paşinyan iki əks qütbün “xeyir-duası” ilə hakimiyyətə gətirildi. Ancaq xalqa demokratik islahatlar vəd verən Paşinyan “Qarabağ klanı”nın” ciddi müqaviməti ilə üzləşdiyindən bu reformaları həyata keçirə bilmir. Payızın ortalarında Ermənistanda siyasi aktivliyin daha da artacağı gözlənilir. Eks-prezident Robert Koçaryan Paşinyanı devirmək planını gizlətmir. Ona görə də güclü müxalifət bloku yaradılacağı gözlənilir. “Qarabağ klanı” meydan vasitəsilə siyasi basqılara əl ataraq növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olmağa çalışacaq. Lakin Paşinyan kütlə psixologiyasını bildiyi üçün onun da əks həmləsini görəcəyik”.
Analitikin sözlərinə görə, payız-qış aylarında Paşinyan “Qarabağ klanı”nı tam məğlubiyyətə uğratmaq üçün radikal addımlar atacaq:
“Baş nazir ilk növbədə R.Koçaryana məhkəmə hökmü çıxarılmasına çalışacaq. Bundan sonra Koçaryan ölkəni tərk edərək Moskvada mühacir həyatı yaşamağa məcbur olacaq. Proseslərin necə davam etməsindən asılı olmayaraq, Paşinyan Dağlıq Qarabağ probleminin çözülməsi istiqamətində erməni xalqının mənafeyni qətiyyən düşünmür. Onun mütəmadi olaraq Qarabağa gəlişi və şoular göstərməsi Azərbaycan ictimaiyyətini qıcıqlandırmağa yönəlmiş gedişlərdir. O əmindir ki, Azərbaycan tərəfi hərbi əməliyyatları bərpa etməyəcək. Lakin Rusiya sona qədər Ermənistanın arxasında dayanmaya bilər. Moskvanın Qarabağ münaqişəsində konkret hansı mövqeyi tutacağı məlum deyil”.
Paşinyan “Qarabağ klanı”nın ciddi müqaviməti ilə üzləşib: "Koçaryan çevriliş planını gizlətmir"
14:29 26.08.2019
Siyasət
517
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniyada prezident seçkiləri keçirilir - YENİLƏNİB
11:35 24.11.2024
Dünya
İsrailin təxliyə əmri: Yüzlərlə fələstinli bu ərazini tərk etdi
11:17 24.11.2024
Dünya
Azərbaycanın COP29 uğuru
11:00 24.11.2024
COP29
Kəlbəcər Böyük Qayıdışa hazırlanır
09:55 24.11.2024
Sosial
Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb
09:32 24.11.2024
Hadisə
Analitik: İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür
09:00 24.11.2024
Aktual
Biz regionda dayanıqlı sülh istəyirik -RƏY
08:16 24.11.2024
Siyasət
Rusiya nüvə silahının tətbiqindən hələki çəkinir -ANALİTİK
07:24 24.11.2024
Dünya
Bakıda COP29-un bağlanış plenar sessiyası başa çatıb
06:38 24.11.2024
Gündəm
Politoloq: Paşinyan Rusiya ilə hesablaşmaq məcburiyyətində qalacaq
05:17 24.11.2024
Dünya
Ayaq dırnaqları bizə lazımdırmı? -Alimlərdən ilginc açıqlamalar
04:30 24.11.2024
Cəmiyyət
And içməyənlər Rusiya vətəndaşlığını itirəcək -AÇIQLAMA
03:04 24.11.2024
Dünya
Zaman donub: Pəhləvilərin İranda hakimiyyət yolu bağlıdır
02:00 24.11.2024
Dünya
Zəlzələyə davamlı evlər... -Yanmış taxtadan tikilir
01:12 24.11.2024
Dünya
Hansı daha faydalıdır -Sarı, yoxsa ağ kərə yağı?
00:55 24.11.2024
Sağlamlıq
Məni buna görə "günah keçisi" elan ediblər - Merkel
23:40 23.11.2024
Dünya
HƏMAS girovlardan birinin səsini yaydı, İsrail yoxlayır
23:19 23.11.2024
Dünya
Zelenski Trampın sülh planını yanvarda alacağına ümid edir
23:10 23.11.2024
Dünya
“Onlar Türkiyəyə köçməyib” - Hakan Fidan
22:45 23.11.2024
Dünya
COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
22:12 23.11.2024
COP29
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
21:40 23.11.2024
COP29
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
21:39 23.11.2024
Dünya
COP29-un bağlanış plenar iclası keçirilir
20:42 23.11.2024
Gündəm