“Türkiyə demokratik dövlətdir. Kiminsə arzusundan asılı olmayaraq, münasibətlər sivil yolla tənzimlənir və siyasi təsisatların qurulmasına hər hansı formada əngəl törədilmir”.
Bunu “Sherg.az”a açıqlamasında AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov deyib.
Partiya təmsilçisi bildirib ki, AKP-nin sabiq tanınmış simalarından olan prezident Abdullah Gül və baş nazir Əhməd Davudoğlunun yeni partiya quracaqları ilə bağlı mövzu Türkiyə ictimaiyyətində çoxdan müzakirə olunmaqdadır:
“Hətta bu məsələyə prezident Ərdoğan səviyyəsində sərt reaksiya bildirilib. Ərdoğan və AKP-nin narahatlığı ondan ibarətdir ki, əgər Gül, yaxud Davudoğlu partiya qursalar hakim partiyanın sosial bazası və elektoratı zərbə alacaq. Davudoğlunun CHP-ə qatılması ilə bağlı təklifə gəlincə isə, CHP sekulyar və kamalist idelogiyaya mənsub sol partiyadır. Davudoğlu isə əsasən sağ-mərkəzçi ideologiyanın daşıyıcısıdır və mötədil islama bağlıdır. Ona görə eks baş nazirin ana müxalifət partiyasından qoparacağı çox az şey var. Əhməd Davudoğlu ehtiyatlı və Qərbpərəst siyasətçidir. Məhz bu xüsusiyyətlərinə görə Qərbin dəstəyini ala bilər. Əgər Davudoğlu partiya yaradaraq AKP-nin 5-10 faiz səsini öz tərəfinə çəkə bilsə, bu, iqtidar üçün ciddi problem yarada bilər. Milliyətçi Meral Akşənər MHP-dən ayrılaraq partiyanı parçaladı və xeyli səs aldı. Bu baxımdan Əhməd Davudoğlu AKP üçün təhlükə sayıla bilər”.
Qeyd edək ki, sabiq baş nazir Əhməd Davudoğlunun eks müşaviri Atılqan Bayar bir sıra açıqlamalar verib. O, bildirib ki, yeni partiya qurmaq iddiasında olan keçmiş baş nazir Əhməd Davudoğlu uğur qazanmayacaq:
“Davudoğlu və komandasının uğurlu və funksional ola biləcəyi tək məkan CHP-dir. Ya CHP-yə qoşulsunlar, ya da siyasi iddialarından imtina etsinlər. “Davudoğlu hərəkatı”ndan yeni siyasi cərəyan gözləmək mənasızdır. Yeni siyasi hərəkat yaradacaq potensial yoxdur bu komandada...”.
Davudoğlu CHP-yə qoşula bilməz: Sabiq baş nazir sağ-mərkəzçi ideologiyanın daşıyıcısıdır
16:34 27.08.2019
Siyasət
444
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniyada prezident seçkiləri keçirilir - YENİLƏNİB
11:35 24.11.2024
Dünya
İsrailin təxliyə əmri: Yüzlərlə fələstinli bu ərazini tərk etdi
11:17 24.11.2024
Dünya
Azərbaycanın COP29 uğuru
11:00 24.11.2024
COP29
Kəlbəcər Böyük Qayıdışa hazırlanır
09:55 24.11.2024
Sosial
Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb
09:32 24.11.2024
Hadisə
Analitik: İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür
09:00 24.11.2024
Aktual
Biz regionda dayanıqlı sülh istəyirik -RƏY
08:16 24.11.2024
Siyasət
Rusiya nüvə silahının tətbiqindən hələki çəkinir -ANALİTİK
07:24 24.11.2024
Dünya
Bakıda COP29-un bağlanış plenar sessiyası başa çatıb
06:38 24.11.2024
Gündəm
Politoloq: Paşinyan Rusiya ilə hesablaşmaq məcburiyyətində qalacaq
05:17 24.11.2024
Dünya
Ayaq dırnaqları bizə lazımdırmı? -Alimlərdən ilginc açıqlamalar
04:30 24.11.2024
Cəmiyyət
And içməyənlər Rusiya vətəndaşlığını itirəcək -AÇIQLAMA
03:04 24.11.2024
Dünya
Zaman donub: Pəhləvilərin İranda hakimiyyət yolu bağlıdır
02:00 24.11.2024
Dünya
Zəlzələyə davamlı evlər... -Yanmış taxtadan tikilir
01:12 24.11.2024
Dünya
Hansı daha faydalıdır -Sarı, yoxsa ağ kərə yağı?
00:55 24.11.2024
Sağlamlıq
Məni buna görə "günah keçisi" elan ediblər - Merkel
23:40 23.11.2024
Dünya
HƏMAS girovlardan birinin səsini yaydı, İsrail yoxlayır
23:19 23.11.2024
Dünya
Zelenski Trampın sülh planını yanvarda alacağına ümid edir
23:10 23.11.2024
Dünya
“Onlar Türkiyəyə köçməyib” - Hakan Fidan
22:45 23.11.2024
Dünya
COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
22:12 23.11.2024
COP29
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
21:40 23.11.2024
COP29
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
21:39 23.11.2024
Dünya