“Ana dilində təhsil almaq hüququ uzun illərdir İranda yaşayan türklərin və Azərbaycanda yaşayan vətənsevərlərin uğrunda mübarizə apardığı mühüm məsələdir”.
Bunu “Sherg.az”a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.
Ancaq partiya sədri bildirib ki, hazırki formada tədrisi qətiyyən kafi saymaq olmaz:
“Çünki, bir millətin doğma dilində həftə ərzində cəmi 3 saat dərs alması yetərli deyil. Ən yaxşı halda bunu simvolik tədris hesab etmək olar. Əminəm ki, İranda hətta xarici dillər kateqoriyasından hesab edə biləcəyimiz ingilis, alman, fransız və qeyri-dillər həftə ərzində saha çox saat tədris edilir. Ancaq, ümumən götürsək, illərdən bəri formalaşdırılmış buzun sınması çox önəmli bir addımdır. Artıq, istər İranın siyasi, istərsə də dini rəhbərliyi anlamalıdır ki, türk xalqı bu dövlətin hesablaşmalı olduğu xalqıdır. Odur ki, fars şovinizminə son qoyulmalı və xalqların öz mədəni irslərini yaşatmasına və inkişaf etdirməsinə şərait yaradılmalıdır. Ümidvaram ki, bundan sonrakı mərhələdə türk dilinin tədrisi univerisitet səviyyəsinə yüksələcək. Azərbaycan dili İran dövlətinin ikinci rəsmi dili statusunu qazanacaq”.