“Prezident deputatlara ciddi tələblər qoydu” - Açıqlama

“Komitələrə peşəkar şəxslərin rəhbərlik etməsi göstərir ki, yaxın günlərdə ciddi qanunvericilik prosesinin şahidi olacağıq”
 


“Milli Məclisin yeni strukturu və rəhbərlik seçimi olduqca müsbətdir”. 
Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 
Ekspert bildirib ki, parlamentin rəhbərliyinə seçilən deputatlar Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər qədər tanınmış, nüfuzlu və təcrübəli şəxslərdir: 



“Bu cür şəxslərin Milli Məclisin rəhbər strukturlarında, komitələrdə təmsil olunması ümumi işin xeyrinədir. Dövlət başçısı cənab İlham Əliyev parlamentin ilk iclasında yeni tərkibə öz tapşırıqlarını verdi. Prezident vurğuladı ki, deputatlar seçicilərlə daim təmasda olmalı və insanların problemlərinin həlli istiqamətində ciddi çalışmalıdırlar.  Bu da millət vəkilləri qarşısında qoyulmuş çox ciddi məsuliyyətdir. Xüsusən, indiki dönəmdə, iqtisadiyyatın prioritet olduğu bir zamanda parlamentin hər üzvünün, komitələrin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Komitələrə peşəkar şəxslərin rəhbərlik etməsi göstərir ki, yaxın günlərdə ciddi qanunvericilik prosesinin şahidi olacağıq”.