Paşinyan özünü çıxılmaz vəziyyətə saldı: “Babası günahsız insanın qətlində iştirak edib”


“Nikol Paşiniyanın yeritdiyi siyasət və onun keçmişi ermənilərin faşizmi dəstəklədiklərinin bariz nümunəsidir”. 
Bunu “Sherg.az”a açıqlamasında YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fuad Heydər deyib.
Gənc fəal bildirib ki, Paşinyan babasının şəklini paylaşaraq özünü çıxılmaz vəziyyətə salıb: 

“Nikol Paşiniyanın babası İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyası sıralarında vuruşub. 
Bu, o deməkdir ki, böyük Paşinyan faşizmi dəstəkləməklə qalmayıb, həm də əməli şəkildə faşistlərə qulluq edib. Nə qədər günahsız insanın qətlində iştirak edib. 



İkinci Dünya Müharibəsi zamanı ölmüş və itkin düşmüş şəxslərin məlumatlarının yer aldığı saytda Nikol Paşinyanın babası haqda “Taleyi - düşmənlə əməkdaşlıq etdi, öldü” sözlərinə rast gələ bilərik. 

Fikrimcə əlavə sözə ehtiyac yoxdur. Çünki faktlar öz sözünü deyir və bu həqiqəti ortaya qoyur”.