Njdenin abidəsinə görə müvafiq dövlət qurumlarına müraciət edildi


Moskva vilayəti Dolqoprudnıy şəhər Müharibə Veteranları Şurası faşistlərlə işbirliyində olan Qaregin Njdenin Qarabağdakı heykəlinin demontajı məqsədilə Rusiya federal hökumətinə müraciət edib.  

Bu barədə ümumrusiya antifaşist resursu olan stopfashizm.ru portalı məlumat yayıb.

Məlumata əsasən, müvafiq müraciət Rusiya XİN və Müdafiə Nazirliyinə ünvanlanıb. Müraciətdə faşizm üzərində qələbənin keçmiş SSRİ xalqlarını birləşdirən bir hadisə olduğu önə çəkilib və nasizm təəssübkeşi Njdenin abidəsinin məhz Qarabağdakı Rusiya sülhməramlılarının cavabdehliyi bölgəsində olmasının yolverilməzliyi bildirilib.  

Bununla yanaşı, Şura bütün Rusiya veteranlarına üz tutaraq, bu müraciəti dəstəkləməyi xahiş edib.