"Gorus-Qafan yolunda Azərbaycanın keçid məntəqəsi yaradılıb" - Demarkasiyası əməliyyatı

"Gorus-Qafan yolu açıldı. Danışıqlarda iki nəticə əldə olundu".
"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. 
Ekspert bildirib ki, yolda Azərbaycanın keçid məntəqəsi yaradılıb: 
"Həmçinin, ziqzaqvari bloklar qurulacaq. Ermənistan yolun bizim ərazimizə düşən 21 kilometrlik hissəsini və Çayzəmi ilə Eyvazlı kədlərini rəsmi olaraq Azərbaycan ərazisi kimi tanıyıb. Erməni politoloq Stepan Danielyan bildirir ki, Nikol Paşinyanın hökumətin iclasında yolun 21 kilometrinin və Çayzəmi ilə Eyvazlı kədlərinin Azərbaycan ərazisi olduğunu təsadüfən dilə gətirmədi: “Danışıqlarda tələblərdən biri bu idi və Ermənistan rəsmi olaraq bunu qəbul etdi. Proses əslində Ermənistan-Azərbaycan sərhədinin o hissəsinin demarkasiyası əməliyyatı idi”.