Elxan Şahinoğlu: "Həmsədrlər özləri də anlayırlar ki, oyundankənar vəziyyətdə qalıblar"

“ATƏT-in Minsk qrupunun həmsədrləri sonuncu bəyanatı da boş söz yığnağıdır”.

“Sherg.az” xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Analitik bildirib ki, həmsədrlər özləri də anlayırlar ki, oyundankənar vəziyyətdə qalıblar və bölgəyə gələcək səfələrinin də əhəmiyyəti yoxdur: 

“Həmsədlərin içərəsində bircə rusiyalı diplomat rahatdır ki, ölkəsi Qarabağ məsələsində əsas vasitəçi statusunu əldə edib. Bu bəyanatın mətnindən də görsənir ki, həmsədlər üçün fəaliyyət sahəsi qalmayıb. Bəyanatda vurğulanan “məhbusların dəyişdirilməsi”, “minaların təmzinlənməsi” və digər məsələlərin həlli ilə ayrı-ayrı dövlətlər və birliklər - Rusiya, Gürcüstan, ABŞ və Avropa İttifaqı məşğul olurlar, onların özlərinə isə həmsədrlik institutu gərəkli deyil. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə gəldikdə isə o vəzifəsini faktiki müharibədən sonra itirib. Çünki onun səlahiyyətləri Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə monitorinq xidmətinə keçib”.