İran Azərbaycanla sərhəddə qoşunlar yığır: SƏBƏB NƏDİR? 

"İran Azərbaycan sərhədinə “leşkər” göndərir".

Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Ekspert bildirib ki, İran Azərbaycanla sərhəddə yeni təlimlərə başlayır:

"SEPAH-ın quru qoşunlarının “Güc” adı ilə təlim keçirməsinin Azərbaycana qarşı “əzələ nümayişi” olduğu bəllidir. Təlimlərin indi başlanması da gözlənilməz hesab edilməməlidir. Birincisi, Ermənistanın sərhədini “qırmızı xətti” elan edən İran daxildəki etirazlar fonunda “sionizm”, “terror” iddialarını yenidən aktuallaşdırdı. Hətta Araz bölgəsində “terrorçuların saxlanılması” teatrını da qurdu. Sərhədə “leşkər” göndərilməsi də rejimin “xarici təhlükə” senarisini gücləndirmək və Bakıya “müdaxilə planını” əyani şəkildə nümayiş etdirmək məqsədi daşıyır. İkincisi, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar sürətlənib və ilin sonuna qədər razılaşmanın olması, xüsusilə sərhədin delimitasiyası məsələsinin həlli gözləntiləri var. İran mümkün sərhəd dəyişikliyinə qarşı Bakını “leşkər”lə təhdid edir. Təlim adı ilə Azərbaycan sərhədinə göndərilən qoşunların burada uzun müddət qalacağı da istisna deyil".