Latviya Prezidenti: “Bakı Forumunun sonunda verilən tövsiyələri səbirsizliklə gözləyirəm”

“Latviya ilə Azərbaycan arasında münasibətlər inkişaf edib. Onlar Avropa və dünya üçün çox əhəmiyyətlidir”.
“Report” xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits X Qlobal Bakı Forumunun açılışında deyib.
O xatırladıb ki, Azərbaycan COVID-19 pandemiyasından sonra aparılan diskussiyalarda aparıcılıq edib:
“Bu konfrans çərçivəsində iştirakçılar bir çox məsələləri gözdən keçirəcəklər. Mən Forumun sonunda verilən tövsiyələri səbirsizliklə gözləyirəm”.