Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sosial media hesabından “Kıbrıs türkdür” mesajı ilə video paylaşılıb.
Sherg.az türk KİV-lərinə istinadən xəbər verir ki, videoda MHP sədri Dövlət Baxçalının Zeki Mürenin “Ağlama Aşk” mahnısının müşayiəti ilə əlində təsbeh, çəkmələri ilə yeridiyi görünür.
MHP qaynaqları, partiyanın sosial media hesabında “Kıbrıs Türkdür” mesajı ilə paylaşılan videonun Kiprdə bufer zonada olan BMT sülhməramlı qüvvələrinin bölgədə yol işləri görən Kipr türklərinə qarşı hərəkətlərini pislədiyi anlamına gəldiyi ifadə edib.
MHP mənbəələr Mustafa Kamal Atatürkün 1934-cü ildə, Antalyanın onlara verilməsini istəyən İtaliya səfirindən icazə istəyib, marşal libasını və çəkmələrini geyindikdən sonra “Buyurun, indi sizi dinləyirəm” dediyi anı xatırladıb. Atatürkün daha sonra ,"məni çəkmələrimi yenidən geyinməyə məcbur etməyin" sözlərindən istifadə etdiyini qeyd edib.