Azərbaycanın gözləməyə vaxtı yoxdur  - ŞƏRH

Ermənistan tərəfi öz çirkin niyyətlərindən əl çəkməyərək növbəti dəfə Azərbaycana qarşı təxribatlara əl atıb. 

Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat verib. 

Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki,  Ermənistanın sentyabr ayında təxribatlarının intensiv hal almasını bir çoxu ehtimal edirdi:
"Ermənistan tərəfinin əvvəlki illərdə fəaliyyətini nəzərə alaraq bu ilin də sentyabr ayı ərzində çoxlu terror aktı törətməsini güman etmişdik. Bu ehtimallarımız bizi yanıltmadı. Sentyabrın ilk günlərindən başlayan erməni təxribatları həm sərhəddə, həm də Naxçıvan, Kəlbəcər istiqamətində və rusların müvəqqəti yerləşdiyi ərazilərdə davam etməkdədir. Ermənistan tərəfi verdiyi öhdəlikləri yerinə yetirmək əvəzinə müxtəlif təxribatlar törətmək ilə diqqəti sülh müqaviləsinin imzalanmasından yayındırmağa çalışır. Ancaq Azərbaycanın gözləməyə vaxtı və həvəsi yoxdur. Çünki bizim artıq səbrimiz də qalmayıb. Növbəti təxribatlardan biri Nikol Paşinyan hakimiyyəti üçün çox  ağrılı-acılı olacağı kimsədə, həmçinin Ermənistanın hərbi siyasi rəhbərliyində şübhə doğurmur".

Qeyd edək ki, Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.