Ermənistan Rusiyanı ittiham edir  - Fuad Abbasov

Biz Azərbaycanla razılığa gəlməyi təklif etdik, lakin Ermənistan rəhbərliyi razılaşmadı. "Nə edəcəksiz deyə soruşduqda “Biz döyüşəcəyik” cavabını verdilər".

Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.

"Ermənistan rəhbərliyi mahiyyət etibarilə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb və Praqa bəyanatında bunu kağıza köçürüb. Qarabağın statusunu İrəvan özü müəyyən edib. Ermənistan etiraf etdi ki, Qarabağ Azərbaycandır! İndi söhbət nədən gedir?" - Rusiya prezidenti qeyd edib.


Rusiya Prezidentinin fikirlərini "Sherg.az"a şərh edən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Vladimir Putinin açıqlaması ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə İttifaqın üzvü olan Ermənistanın həm ictimai, həm də iqtidar səviyyəsində razılığa gətirmək üçün səsləndirilib: 

"Onlar Rusiyanı ittiham edirlər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı niyə Ermənistanı müdafiə etmədi? Putin 2020-ci müharibə vaxtı dəfələrlə demişdi ki, Ermənistan Azərbaycan tərəfindən hücuma məruz qalmayıb.  Buna görə də KTMT üzvü olaraq Ermənistana dəstək ola bilməzlər.  Bütün müharibə Azərbaycanın öz torpaqlarında, Qarabağ ərazisində həyata keçirilir. V.Putin bütün dünya ictimaiyyəti kimi Qarabağı Azərbaycanın bir parçası hesab etdiyinə görə bizə müdaxilə edə bilməmişdilər. Ermənistan hər zaman bütün Beynəlxalq səviyyələrdə Rusiyanı kömək etməməkdə ittiham edir. Növbəti ittiham Sergey Lavrova Hindistandan gəldi. Ona da eyni şeyi bildirdilər.  S.Lavrov da bildirdi ki, Qarabağ Azərbaycan torpaqlarıdır. Digər tərəfdən KTMT-in təlimlərinin Ermənistanda keçirilməsi planlaşdırılmışdı. Amma onlar ABŞ ilə təlimlər keçməyi üstün tutdu. Bunun isə səbəbini Rusiyada görürlər. Yəni, onsuz da bizə xeyirləri olmayan dövlət ilə  belə yaxın olub və təlimlər keçiririk? Putinin bu açıqlaması birinci növbədə həm Ukrayna cəhbəsində Rusiyaya təhlükə yaradan, həm də Cənub sərhədlərində Ermənistan kimi müttəfiq dövlət ilə Şimal qonşumuza problem yaradan ABŞ-ə  ünvanlana bilər. Yəni demək istəyir ki, biz Ermənistanın tərəfindəyik, amma Ermənistan iqtidarı özü sözünə dönükdür. Kollektiv Qərb və ABŞ Ukraynanı silahlandırıb Rusiyaya müharibə aparır.  Eyni zamanda Zəngəzur dəhlizinə qarşı çıxan ölkələr də Ermənistanı silahlandırıb Azərbaycana, Türkiyəyə və Rusiyaya qarşı mübarizə apara bilərlər. Bununla Ukraynaya bənzər cəbhənin Cənubi Qafqazda açılması gözlənilə bilər".