Ermənistanla sülh müqaviləsi imzalanacaq? - RƏY

Qarşıdakı dönəmdə razılığa gələ biləcəyik

Paşinyanın mövqeyində və son günlər sərgilədiyi yanaşmada pozitivlik müşahidə olunur

  "Son günlər yaşanan proseslər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının sürətlənməsinə müsbət təsirini göstərə bilər". Bu barədə millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan hökumətinin mövqeyində nisbətən müsbət yanaşma hiss olunmaqdadır: "Ermənistan Baş naziri Nikol Paşinyanın mövqeyində və son günlər sərgilədiyi yanaşmada pozitivlik müşahidə olunur. Görünən odur ki, Ermənistan hakimiyyəti də sülh prosesinin irəliyə doğru getməsində maraqlıdır. Düzdür, indiki məqamda sülh prosesində irəliləyiş asan deyil. Çünki Ermənistanda da vəziyyət gərgin, mürəkkəb və qeyri-müəyyəndir. Hökumət başçısının istefası ilə aksiyalar keçirilir. Müxalifət Paşinyana ciddi təzyiq göstərir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan sülhlə bağlı səylərini qətiyyətlə davam etdirməkdədir. Düşünürəm ki, qarşıdakı dönəmdə razılığa gələ biləcəyik. Əslində Ermənistanın başqa çıxış yolu da yoxdur".