Azərbaycan BMT nümayəndələrini Qarabağa dəvət edib

Azərbaycan BMT nümayəndələrini Qarabağa dəvət edib.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" sosial hesabında qeyd edib.

"Belə bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında Dayanıqlı İnkişaf üzrə BMT-Azərbaycan Əməkdaşlıq Çərçivəsinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək", - paylaşımda bildirilir.