MSK sədri seçicilərə müraciət edib

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərə müraciət edib.
MSK sədri jurnalistlərə açıqlamasında seçicilərə müraciət edərək bildirib ki, bütün Azərbaycan vətəndaşları seçkidə aktiv iştirak etsinlər.
Məzahir Pənahov qeyd edib ki, hər bir seçki hüququ olan Azərbaycan vətəndaşı harada yaşamasından asılı olmayaraq, seçkilərdə iştirak etməlidir: “Bizim üçün hərbçidir, cəzaçəkmə olan məhbusun heç bir fərqi yoxdur. Bizim üçün sadəcə seçici var. Hüququ olan seçici öz hüququnu həyata keçirməlidir”.