Prezident seçkisi ilə əlaqədar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib

Bu günə qədər növbədənkənar prezident seçkisi ilə əlaqədar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 6300-dən çox məntəqə var və hər məntəqəyə 13-ə yaxın müşahidəçi düşür.