Bu həftə bülletenlər məntəqə seçki komissiyalarına veriləcək

Bu həftə seçki bülletenləri məntəqə seçki komissiyalarına paylanılacaq.
"Report" "secki-2024.az" saytına istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən fevralın 2-dək seçki bülletenlərini dairə seçki komissiyalarına verilməlidir.
Fevralın 4-dək isə dairə seçki komissiyaları seçki bülletenlərini dairə məntəqə seçki komissiyalarına təqdim etməlidir.