Tacikistan və Qırğızıstan: Sərhəd xəttini razılaşması

Tacikistan və Qırğızıstan ümumi sərhəd xəttinin 28 km-dən çox hissəsini razılaşdırıb.

APA xəbər verir ki, hər iki tərəfin nümayəndələrinin görüşü 24-29 mart 2024-cü il tarixlərində Qırğızıstanın Batken vilayətinin Batken şəhərində keçirilib və nəticədə müvafiq protokol imzalanıb.

Bildirilir ki, tərəflər Qırğızıstan ərazisində keçiriləcək növbəti görüşdə qalan məntəqələr üzrə işləri davam etdirməyə razılaşıblar.