Simonyan: Ermənistanla Azərbaycan arasında sülh prosesi hazırda pozitiv mərhələdədir

Ermənistanla Azərbaycan arasında sülh prosesi hazırda pozitiv mərhələdədir.
APA-nın “1lurer.am”a istinadən məlumatına görə, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Sülh müqaviləsi ətrafındakı proseslər yerində dayanmır. Sadəcə fasilə Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı idi. Biz bu məsələyə pozitiv yanaşırıq. Müzakirələrdə müsbət dinamika müşahidə olunur”, - Simonyan fikirlərini tamamlayıb.