Həkimdən xəbərdarlıq: Ürək xəstəliyi və piylənmə arasında əlaqə var
Yusif Nəzərli
23:50 03.02.2025
Sağlamlıq
467
Bostondan olan alimlərin məlumatına görə, əzələlərin daxilində piyin yığılması ürək-damar xəstəliklərinin inkişafı riski ilə bağlıdır.
Oxu.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu məsələ ətrafında danışan tibb elmləri doktoru Vladimir Samoylov piy çoxluğunun insan sağlamlığına mənfi təsir göstərə biləcəyinə diqqət çəkib.
Onun sözlərinə görə, orqanizmdə bir neçə əsas piy növü var və onların hər biri müəyyən funksiyanı yerinə yetirir, lakin piyin çoxluğu səhhətə mənfi təsir edə bilər.
V.Samoylov bildirib ki, ağ piy orqanizmin əsas enerji ehtiyatıdır:
"O, qarın nahiyəsində, omba və əllərdə olur. Bu piyin kiçik həcmdə olması zəruridir, lakin çoxluğu şəkər xəstəliyinə, ürək-damar, böyrək və qaraciyər xəstəliklərinə, hamilələyin ağırlaşmasına gətirib çıxara bilər. Sağlamlıq üçün normal piy səviyyəsini saxlamaq vacibdir: kişilər üçün - 14-24%, qadınlar üçün - 21-31%".
O əlavə edib ki, vistseral piy qaraciyər, bağırsaq və ürək kimi daxili orqanların ətrafında toplanır:
"Həddindən artıq vistseral piy ciddi sağlamlıq riski təşkil edir, çünki o, iltihablı molekulları və hormonları aktiv şəkildə buraxır, diabet, hipertoniya və ürək-damar xəstəliklərinin inkişaf ehtimalını artırır".
Həkim vurğulayıb ki, başqa bir piy növü əzələdaxilidir:
"Bu, nəinki əzələlərin funksional qabiliyyətlərini azaldır, həm də mikrodamarlara və ürəyə təsir göstərərək iltihabı təhrik edə bilər: Əzələdaxili piy əzələ lifləri arasında yığılır. Bu, infarkt, ürək çatışmazlığı və hətta ölüm riskinin artması ilə bağlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual