Azərbaycanla Şimali Makedoniya bu şəxsləri vizadan azad edir

Azərbaycan və Şimali Makedoniya hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin ləğv edilməsi haqqında razılaşma imzalanıb.

APA xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski imzalayıblar.