
AQTA-ya əlavə səlahiyyətlər verilməlidir - Eyyub Hüseynov
09:29 22.04.2025
Aktual
549
Şadlıq saraylarında kütləvi zəhərlənmələrin qarşısını sərt qərarlarla almaq olar
Bakıda şadlıq evində 50-dən çox şəxsin zəhərlənməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. Xətai rayonu "Venesiya" şadlıq evindəki kütləvi zəhərlənmə ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub. Qeyd edək ki, hadisə aprelin 18-də qeydə alınıb. Toy məclisi zamanı kütləvi zəhərlənmə olub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıblar.
Qeyd edək ki, şadlıq saraylarında qida təhlükəsizliyi, həm qonaqların sağlamlığının qorunması, həm də xidmətin keyfiyyətinin təmin edilməsi baxımından çox vacibdir. Qida təhlükəsizliyi ilə bağlı qaydalara riayət olunmaması, kütləvi zəhərlənmə və digər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Çox təəssüf ki, Azərbaycanda şadlıq saraylarında kütləvi zəhərlənmələr, adətən, qida təhlükəsizliyi qaydalarına riayət edilməməsi nəticəsində baş verir. Buna səbəb ola biləcək amillər arasında qidaların düzgün saxlanılmaması, çirklənmiş məhsulların istifadəsi və gigiyenik qaydalara əməl edilməməsi yer alır.
Ekspertlər də hesab edir ki, şadlıq saraylarında qida təhlükəsizliyi yalnız hüquqi və sanitariya qaydalarına uyğunluqla deyil, həm də qonaqların sağlamlığının qorunması ilə bağlı böyük məsuliyyətdir.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bu sahədəki əsas problemlərin hüquqi boşluqlar və nəzarət mexanizmlərinin zəifliyi ilə əlaqəli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, kütləvi zəhərlənmələrin qarşısını almaq üçün qida hazırlığı, saxlanması və təqdimatı hərtərəfli nəzarət və ciddi qaydalara uyğun aparılmalıdır. Bu sahədə yaranan hər hansı bir problem, yalnız iş yerinin etibarını deyil, həm də insanların həyatını təhlükəyə ata bilər.
AİB sədri həmçinin qeyd edib ki, bu məsələdə sifarişçilər də diqqətli olmalıdırlar. “Şadlıq saraylarında tələb təklifi üstələyir. Şadlıq sarayı ilə razılığa gəlmiş insanlar birinci onun mətbəxinə girməlidirlər. Baxmalıdırlar ki, şadlıq sarayının mətbəxində dünəndən, çoxdan qalmış yeməklər saxlanılırsa, belə məkanlarla razılaşmanı ləğv etməlidirlər. Ümumiyyətlə, restoranlardakı yeməklərin sonrakı taleyi naməlumdur”.
AİB sədrinin fikrincə, şadlıq saraylarında qida təhlükəsizliyinin təmin olunması üçün hüquqi çərçivənin gücləndirilməsi, dövlət orqanlarının koordinasiyalı fəaliyyəti və müştərilərlə rəsmi müqavilələrin bağlanması vacibdir. Bu tədbirlər, kütləvi zəhərlənmə hallarının qarşısının alınmasında mühüm rol oynaya bilər:
“Bu sahədə AQTA-ya əlavə səlahiyyətlər verilməlidir. Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin əli-qolu bağlıdır, onlar qəfil yoxlama imkanlarına malik deyillər. AQTA-nın əsasnaməsində dəyişiklik olmalıdır, onlar cəld, istədikləri vaxt yoxlama aparmaq imkanlarına malik olmalıdırlar. Nazirlər Kabinetinin müqavilə forması təsdiq olunmalı və şadlıq evləri ilə sifarişçi arasında müqavilə imzalanmalı və orada bütün hallar göstərilməlidir. Yəni şadlıq evlərindəki zəhərlənmənin məsuliyyətini onların üzərində saxlayan müqavilələr olmalıdır. Nə qədər ki bunlar yoxdur, bu cür hallar davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol