Hədəfdə Paşinyan və onun hakim komandasıdır
Yusif Nəzərli
08:24 07.04.2023
Siyasət
481
Ermənistandakı etiraz dalğasının Rusiyadan idarə olunduğu istisna olunmur
Ermənistan daxilində vəziyyət yenidən qarışıb. Hədəfdə hökumət başçısı Nikol Paşinyan və onun hakim komandasıdır. Küçələrə çıxan etirazçılar, xüsusən 44 günlük müharibədə ölən əsgərlərin valideynləri Ermənistanın düşdüyü vəziyyətə görə, indiki hakimiyyəti, Paşinyanı suçlayırlar. Müxalifətin “Birgə” hərəkatının üzvləri aprelin 11-də növbəti etiraz aksiyası keçirəcəklərini deyiblər. Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan bildirib ki, onlar etiraz aksiyası ilə yanaşı, Qarabağa getməyə də borcludurlar:
"Qaregin Njdenin abidəsinin yanından Xankəndiyə gedəcəyik. Öz maşını ilə gələ bilən hər kəsi bizə qoşulmağa dəvət edirik. Əgər indiki hakimiyyət xalqımızı qoruya bilmirsə, biz bunu özümüz edəcəyik. Paşinyan deyir ki, aprelin 1-dən alternativ yol açıqdır. Gedək görək belədirmi?”. Ekspertlərin qənaətincə, Ermənistanda narazı kütləni hökumətin üzərinə qaldıran, baş nazirin istefasını gündəmə gətirən Moskvadır. Məqsədi də İrəvan hakimiyyətinə mesaj verməkdir.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Şərq"ə bildirib ki, Nikol Paşinyan Qərbin layihəsidir və onların dəstəyi ilə Ermənistanda hakimiyyətə gətirilib. Partiya rəhbəri qeyd edib ki, Paşinyan rəhbərliyə gəldiyi gündən etibarən Ermənistanı Rusiyadan qoparmaq, uzaqlaşdırmaq siyasəti güdür:
"Ancaq o da sirr deyil ki, Ermənistan vaxtı ilə Rusiya tərəfindən yaradılmış qondarma bir dövlətdir. Moskva olmadan Ermənistanın mövcudluğu mümkün deyil və hər zaman forpost rolunu oynayıb. Ermənistanda Rusiyanın 102-ci hərbi bazası, hərbi hava qüvvələri yerləşib. Ölkə sərhədlərini rus hərbçiləri qoruyur. Ermənistanın aparıcı şirkətləri Rusiyanın törəmə şirkətləri kimi fəaliyyət göstərir. Paşinyandan əvvəlki rəhbərlər birbaşa Kremlin vassalları olublar, Moskvanın dəstəyi və himayəsi ilə prezident postunda oturublar. Paşinyan müəyyən qədər Qərbə meyillənməklə, atdığı addımlarla bir növ Rusiyaya arxa çevirmiş sayılır. Avropa İttifaqının "mülki missiyası"nın bölgəyə gətirilməsi, KTMT ilə bağlı İrəvanın mövqeyi və s. addımlar Rusiyanı hiddətləndirir. Kreml Ermənistanda vəziyyəti qarışdırmaqla Paşinyana dərs vermək istəyir. Müharibədən sonra Robert Koçaryan meydana çıxmışdı və Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmək iddiasını ortaya qoymuşdu. Amma Moskva gördü ki, erməni cəmiyyətində Paşinyanın nüfuzu var. Həm də baş nazirə alternativ fiqur tapılmadığı üçün heç bir addım atılmadı. Paşinyan Kremlə çağırıldı və hakimiyyətini qoruyub saxlamaq üçün qarşısında şərtlər qoyuldu. Amma baş nazir bir ayağını Qərbdən çəkmədi və anti-rus siyasətinin formalaşmasına imkan yaratdı. Etiraz dalğasının Rusiyadan idarə olunduğunu istisna etmirəm".
A.Əlizadə vurğulayıb ki, Paşinyanın Ermənistanda hakimiyyətdə qalması, yaxud getməsi geniş anlamda nəyisə dəyişməyəcək: "Sadəcə indiki baş nazir sülh danışıqlarında Azərbaycanın şərtlərini müəyyən formada qəbul etməklə erməni cəmiyyətində "Bakıya güzəştə gedən" rəhbər kimi səciyyələndirilir. Həmçinin, müharibədəki məğlubiyyətə və sonrakı proseslərə görə, Paşinyan ittiham olunur. Rusiya bu amillərdən istifadə etməklə baş naziri əvəzləməkdə maraqlı olduğunu gizlətməyib. Amma hazırda Kremlin "stavka" etdiyi hansısa güc, fiqur yoxdur. O səbəbdən ara-sıra etiraz aksiyaları ilə "yolunu azmış" Paşinyana dərs verməyə çalışır. Ölkədə gərgin mühitin qalmasını istəyir. Bununla yanaşı, ermənilərin diliylə "Qarabağa yürüş edərək" rəsmi Bakıya da mesajlarını ötürür. Lakin Ermənistanda hakimiyyət başında kimin olmasından asılı olmayaraq, istənilən halda Azərbaycanla sülh müqaviləsi bağlanmalı, mövcud şərtlərlə razılaşmalıdırlar. Paşinyanın başqası ilə əvəzlənməsi bu prosesi sadəcə gecikdirər, birdəfəlik ortadan qaldıra bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya