İranın əsiri olmuş “dindar”ların dəqiq siyahısı müəyyən olunmalıdır
Yusif Nəzərli
00:34 06.04.2023
Siyasət
607
Agentura şəbəkəsinin bütün üzvləri ifşa olunmalı, onlar ədalət mühakiməsinə çıxarılmalıdır
"İrandan gələ biləcək növbəti təxribatlar: Azərbaycan təhlükəsizlik qüvvələrinə həyəcan siqnalı verilib. İran tərəfindən ixrac edilən zəhərli silahların güllələri tükənmək bilmir və bu, getdikcə daha təhlükəli hal alır". Bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib.
Ekspert bildirib ki, İran ideoloji habında qərar tutan və molla rejiminə nökərçilik etməyi müqəddəs missiya hesab edən qüvvələri yeni təlimatlarla ayağa qaldırmaq istəyəcək: "İran Yaxın Şərqdəki proksi qüvvələri vasitəsilə, bu azmış kimi, hətta rəqabətdə olduğu PKK və İŞİD terrorçuları ilə sövdələşmələrə gedərək Cənubi Qafqazda suyu bulandırmağa çalışacaq. İran Fransa ilə kəşfiyyat sahəsində əməkdaşlıq platforması quraraq onun diqqətinin Azərbaycana qarşı davamlı olmasını təmin etməkdə maraqlıdır. İranın öz vətəndaşlarına Azərbaycanı tərk etmək barədə etdiyi çağırış bu üç istiqamət üzrə onun qurduğu kəşfiyyat oyununun tərkib hissəsi kimi qavranıla bilər. Hərçənd ki, İran bunu rəsmi yox, qeyri-rəsmi kanallar vasitəsilə elan etmişdi ki, buradan da bir neçə ehtimal çıxara bilərik. Birincisi, İran Azərbaycanla güc qarşıdurmasının hərbi aspektlərini planlaşdırır, vətəndaşlarını Azərbaycanı tərk etməyə çağırmaqla əsl məqsədini gizlətməyə çalışır. İkincisi, İran öz əlaltıları vasitəsilə yeni təxribat aktı hazırlayır. Üçüncüsü, İran Azərbaycanın Ermənistanla sərhəddə toqquşmasını ehtimal edərək casus şəbəkəsini Azərbaycanı tərk etməyə səsləyir. Məqsəd mümkün toqquşma zamanı İranın Ermənistana göstərə biləcəyi hərtərəfli dəstəyə görə casus şəbəkəsinin ziyan çəkməməsidir. Yəni Azərbaycandakı agentura şəbəkəsinin üzvləri molla rejiminin Ermənistan üçün yazdığı duaları oxusalar, dövlət onları həbs edəcək".
A.Kərimova görə, bütün proseslər bir-birilə üzvi surətdə bağlıdır: "Azərbaycanın təhlükəsizlik orqanları bu bağlılıqlarda kimin hansı ipdə dayandığını təhqiq edir. Deputat Fazil Mustafaya qarşı terroru planlaşdıranların, onun maliyyə tutumunu hazırlayanların, sifarişini verənlərin, icrasını həyata keçirənlərin həbs olunması məlumatları Bakının ciddi əks-həmləyə başladığından xəbər verir. Verilən rəsmi bəyanatlar (XİN tərəfindən) ardınca kütləvi saxlanılmalar, həbs olunan şəxslərin portretləri üzərindən aparılan təhlillər belə deməyə əsas verir ki, terror aktının arxasında İran xüsusi xidmət orqanları, ələlxüsus da SEPAH dayanıb. Azərbaycanın təhlükəsizlik qüvvələri həyəcan siqnalı ilə meydana atılıb və dövlət tərəfindən onlar qarşısında qoyulan vəzifələri iki meyarla təsnif edə bilərik. Bunlar İranın xüsusi xidmət orqanlarının direktivlərini yerinə yetirənlərin Ermənistanla olan bağlılıqlarını araşdırmaq və İranın məqsədlərinin əsiri olmuş və hər cür addıma gedə biləcək “dindar”ların ən dəqiq siyahısını müəyyən etməkdir. Həmçinin dəqiqləşdirmələrdən sonra İranın agentura şəbəkəsinin bütün üzvlərini ifşa etmək, onları ədalət mühakiməsinə təqdim etməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya