Komitə sədri: “İran siyasi dairələrinin işlətdiyi “qırmızı xətt” kimi terminləri çox anormal görünür”
Yusif Nəzərli
08:27 06.04.2023
Siyasət
472
“İran siyasi dairələrinin işlətdiyi “qırmızı xətt” kimi terminləri çox anormal görünür”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
“Azərbaycanın dünya miqyasında və bölgədə söz sahibinə çevrilməsi İranı və onun hakim dairələrini qıcıqlandırır”, - Komitə sədri vurğulayıb.
Onun sözlərinə görə, İran tərəfindən Azərbaycana qarşı edilən hərəkətlər Ermənistanla sıx əlaqələrindən irəli gəlir:
“Eyni zamanda İran Azərbaycanın güclənməsi, 44 günlük Vətən müharibəsində işğala məruz qalmış torpaqlarımızın azad edilməsi və Prezident İlham Əliyevin bölgədə apardığı siyasət, xüsusilə Azərbaycanın dünya miqyasında və bölgədə söz sahibinə çevrilməsi İranı qıcıqlandırır”.
Qurum rəsmisi qeyd edib ki, onlar müstəqilliyimiz bərpa olunandan bu yana ölkəmizə qarşı təxribatçı hərəkətlərini davamlı olaraq həyata keçiriblər:
“Ümumiyyətlə İran siyasi dairələrinin işlətdiyi "qırmızı xətt" kimi terminləri çox anormal görünür. Ermənistan bizim ərazilərimizi işğal edəndə, işğaldan azad olunmuş ərazilərimiz, Zəngəzurla bağlı məsələlər və s. “Qırmızı xətt" dedikləri niyə yada düşmürdü?!”.
“Lakin indi İran Azərbaycan öz ərazilərini bərpa edib, burada böyük layihələr həyata keçirəndə "qırmızı xətt" deyərək qarşı çıxır. Buna paralel olaraq Ermənistana hərtərəfli dəstək göstərir”-, M. Qurbanlı vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya