
Parlametari: Azərbaycanla Bəhreyn arasında qarşılıqdı siyasi iradə mövcuddur
13:33 12.05.2025
Siyasət
672
Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə Krallığın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib. Bu barədə hökumət başçısı xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib. Söhbət zamanı vəliəhd ikitərəfli əlaqələrin dərinləşdirilməsinin və qarşılıqlı fəaliyyətin bütün istiqamətlərinin inkişafı üzərində birgə işin davam etdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu, hər iki ölkənin rifahına və davamlı inkişafına töhfə verərək, qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni imkanlar yaradacaq.
Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a vurğulayıb ki, son zamanlarda Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artır:

“Dünyanın fərqli coğrafiyalarında yerləşən ölkələrlə ikitərəfli və çoxtərəfli kontekstdə münasibətlərimiz dərinləşdirilir. Dövlət başçımızın yürütdüyü dəqiq siyasətin nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Dünya ölkələrinin regiona artan marağı məhz Azərbaycanın bölgədə yaratdığı reallıqla bağlıdırsa, regional aktorlarla əməkdaşlığın qurulması zamanı da ilkin olaraq Azərbaycan seçilir. Diqqətçəkən məqam odur ki, ənənəvi istiqamətlərlə yanaşı, əməkdaşlığın yeni sahələri tapılır, bu sahələrə müraciət olunur. Bu həm də müasir dünyanın gətirdiyi çağırışlarla əlaqədardır. Siyasi, iqtisadi, hərbi sahələr qədər cinayətkarlığa qarşı birgə mübarizə, hibrid müharibələri, kiber hücumlar, bərpaolunan enerji mənbələri, turizm də daxil olmaqla yeni sahələr üzrə əməkdaşlıq zərurəti meydana gəlir”.
Parlamentari qeyd edib ki, bu xüsusda ərəb dünyası diqqəti cəlb edir:
“Ərəb dünyası ilə münasibətlərin təməlində tarixi, elmi, mədəni ideoloji əsaslar dayanır. Azərbaycanla Bəhrəyn arasında diplomatik əlaqələrin yaranmasıəndan 29 il ötür. Bui dövürdə ölkələrimiz arası siyasi münasibətlər yüksək səviyyədə davam etdirilmişdir. Belə ki, Bəhrəyn beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünü həmişə dəstəkləmiş, ölkələrimiz arasında fikir ayrılıqları heç vaxt olmamışdır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Bəhreynə səfəri də bu ölkə ilə münasibətlərin dərinləşdirilməsi baxımından mühüm addımdır. Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə də Krallığın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirdi. Deməli, qarşılıqdı siyasi iradə var. Hər şeyin təməlində duran məsələ yaxşı qurulmuş siyasi dialoqdur. Şübhəsiz ki, bu amil varsa ticarət, iqtisadiyyat, investisiya, turizm, logistika kimi müxtəlif sahələr üzrə əlaqələri daha da önə aparmaq olar. Görünən odur ki, Bəhreynlə əlaqələr genişləndirilir. Əməkdaşlığın genişləndirilməsi ikitərəfli qaydada yeni investisiya axının gəlməsi deməkdir ki, bu da xalqların rifahına xidmət edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
20:18 09.11.2026
Dünya
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
19:44 09.11.2026
Gündəm
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya