
Tofiq Abbasov: Ermənistan ərazi məsələlərində qabaqdan gəlmişlik edir
13:08 30.12.2023
Siyasət
594
Bakının iddia etdiyi 8 sərhəd kəndi ilə bağlı məsələnin həlli üçün iki variant var.
Bu sözləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan yerli mediaya açıqlamasında deyib.
O bildirib ki, bu kəndlərin əraziləri dəqiq müəyyən edilməli, hüquqi əsasları dəqiqləşdirilməlidir:
“Bundan sonra iki proses gedə bilər: ya mübadilə və ya ərazi tənzimlənməsi, ya da sərhədlərin delimitasiyası və demarkasiyası prosesində məsələnin müzakirəsi”.
O qeyd edib ki, söhbət Tavuş bölgəsində olan 7 (Qazaxın kəndləri – red.) və Naxçıvanın Kərki kəndindən gedir:
“Zəngəzura gedən əsas yol ordan (Kərki kəndindən) keçir. Azərbaycan Ermənistanı bu kəndləri işğal etməkdə ittiham edir. Öz növbəsində İrəvan bildirir ki, həmin Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilər var”.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan daim ərazi məsələlərində qabaqdan gəlmişlik edir:
"Eyni zamanda elə şərtlər irəli sürürlər ki, onlar Azərbaycan üçün sadəcə qeyri məqbuldur. Ermənistanın hər zaman Azərbaycana qarşı ərazi iddiaları olub. Həmin iddiaların isə əsası yoxdur və uydurmadır. Azərbaycan Ermənistana ötən 10 illiklər ərzində, xüsusilə də Sovet dövründə xeyli imtiyazlı vəziyyətlər yaradıb. Amma onlar, minnətdarlığ bildirmək əvəzinə həmişə daha da azqınlaşaraq özlərini aqressiv aparırdılar. Ona görə də 8 kəndin qaytarılması ancaq və ancaq sülh prosesi kontekstində öz həllini tapmalıdır. Kəndlərin statusu ilə bağlı ərazi mübadiləsi, xususi rejim də yaradıla bilər. 8 kəndin anklav vəziyyətində qalması da mümkündür. Amma ermənilərə inam və etimad yoxdur. Çünki onlar, danışılan və əldə olunan razılıqları hər zaman pozublar. Digər tərəfdən iddiaları həmişə böyük olub".

Politoloq onu da vurğulayıb ki, ümumi şəraitdə elə bir dəyişikliklər baş verib ki, Ermənistan köhnə metodlarının mahiyyətini itirdiyini anlayır:
"Azərbaycanın böyük zəfəri və Qarabağ məsələsində vurduğumuz nida işarəsi artıq erməniləri müəyyən qədər ayıldır. Qarşıdan gələn yeni ildə sülh prosesində böyük irəliləyiş olacaq. Düzdür, Ermənistan silahlanır və onu rahat buraxmırlar. Eyni zamanda Ermənistan yox yerdən özü üçün qazanc götürməyə çalışır. Amma bu belə davam edə bilməz və 8 kəndin müqəddəratı da məhz Azərbaycan dövlətinin nəzarətində olaraq yeni bir formada həllini tapacaq. İkitərəfli etimad əsasında məsələ mütləq həll edilməlidir. Çünki o kəndlərdə yaşamış insanların haqqı tapdalanır və bunu bərba etmək lazımdır. Azərbaycan dövləti bu məsələlərin heç birində Ermənistana güzəştə getməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm