“…Vəziyyət Ukraynanın xeyrinə dəyişə bilər" – AKTUAL ŞƏRH
Yusif Nəzərli
09:30 07.04.2023
Siyasət
524
“Ruslar 9 aydır, Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirə bilmirlər”.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.
O bildirib ki, bu, Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilmiş general Valeri Gerasimovun uğursuzluğunun təzahürüdür:
“Şərqdəki rus qoşunları vahid strateji məqsədə nail ola bilməzlər. Onlar bir neçə istiqamətdə bataqlığa düşüb güclərini tükəndirirlər".
Çerevatının sözlərinə görə, qarşı tərəfin ərazilərin ələ keçirilməsinə dair məlumatları doğru deyil.
Qeyd edək ki, uzun müddətdir Baxmutda gərgin döyüşlər gedir. Rusiya tərəfi şəhərin mühasirəyə alındığını bildirir. Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, əməliyyat şəraiti Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Baxmutda xeyli zamandır intensiv döyüşlərin getdiyini deyən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, bu müddət ərzində Rusiya heç bir uğur əldə edə bilməyib:
"Ümumiyyətlə Kremlin, Britaniya kəşfiyyatının və ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatları göstərir ki, Rusiya əsas diqqətini Şərq cəbhəsinə yönəldib.
Bu yaxınlarda belə bir məlumat yayıldı ki, Rusiya Müdafiə Nazirliyi Donetskdə hərbi əməliyyatlara rəhbərlik edən General Leytenant Rüstəm Muradovu vəzifəsindən azad edib.
Çünki O uğurlu əməliyyatlar apara bilmir. Hətta yaxın zamanlarda Vaqner muzdlu təşkilatı Baxmutun ələ keçirildiyini bildirdi. Amma Rusiya Müdafiə Nazirliyi hələ məlumatı təsdiqləməyib.
Məlumata görə Şəhər hələ də mühasirədədir. Ukrayna tərəfi is bildirir ki, ən şiddətli döyüşlər Baxmutda getsə də, əməliyyat şəraiti onların nəzarətindədir.
Bu məlumatlardan hansının dəqiq olduğunu demək çətindir. Lakin görünən odur ki, Baxmutda hər iki tərəfin də vəziyyəti ağırdır".
Analitikin sözlərinə görə, Ukrayna tərəfinin yaxın zamanda əks-hücuma hazırlaşdığı barəsində məlumatlar var:
"Aparılan danışıqlar və Qərbin silah dəstəyi yaxın zamanda əks-hücum əməliyyatlarının olacağını deməyə imkan verir. Düzdür bunun təfərrüatları məlum deyil. Ancaq bu əməliyyatların elə Baxmutdan başlayacağını ehtimal edirəm. Ukrayna üçün bu ərazidən imtina etmək olmaz.
Hətta deyə bilərəm ki, müharibənin taleyi Baxmutda həll oluna bilər. Çünki hansı tərəf orda nəzarəti ələ alsa, qarşı tərəfə psixoloji təzyiq göstərəcək. Hazırda əsas məsələ isə əks-hücum əməliyyatlarına qədər Baxmutun müdafiəsinin təşkilidir. Əgər əks-hücum əməliyyatlarına qədər şəhər təslim olmazsa, vəziyyət Ukraynanın xeyrinə dəyişə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya