Ekspert: Təhsil müəssisələrində rüşvətin alınması və yaxud verilməsi yolverilməzdir
10:24 03.02.2025
Sosial
555
Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.
Bakupost.az xəbər verir ki, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəb direktorunun rüşvət alınmasına görə həbsi tamamilə doğru qərardır:
“Çünki birmənalı olaraq təhsil müəssisələrində rüşvətin alınması və yaxud rüşvətin verilməsi kimi məsələlər qətiyyən yolverilməzdir. Təhsil Mərkəzi elə bir ünvandır ki, burada neqativ hallara yol verilməməlidir. Həmçinin şagirdlər bu kimi halların olmaması istiqamətində hazırlaşdırılmalıdır. Amma faktiki olaraq hər hansı bir məktəb direktoru rüşvət alması ilə bağlı işdən çıxarılsa, artıq bu həmin məktəbdə təhsil alanların, təhsil verənlərin də beyinlərinə şüuraltı olaraq formalaşır ki, direktor rüşvətə görə həbs edilib. Ona görə də düşünürəm ki, bütün təhsil müəssisə rəhbərləri çalışmalıdırlar ki, məktəblərdə rüşvət məsələsi olmasın. Rüşvətin yaranma məsələsinə gəldikdə isə, düşünürəm ki, rüşvət almaq üçün hər hansı bir situasiya formalaşmamalıdır. Ola bilər ki, rüşvəti alan direktor bir şəxsi müəllim vəzifəsində işə qəbulunu həyata keçirmək məqsədilə ondan hər hansı bir vəsait tələb edir və yaxud da hansısa bir texniki işçini rüşvət müqabilində işə götürür. Çünki belə hallar dəfələrlə olub və biz bunu yaşamışıq. Qeyri qanuni olaraq paytaxtda yaşayan bir şagirdi rayon məktəbində qeydiyyata alınmaqla, həmçinin uşağın dərsə gedib gəlməməsi məqsədilə uzunmüddətli dərsdə iştirak edirmiş kimi göstərib, valideynlərdən rüşvət ala bilər. Yəni rüşvət almaq üçün təhsil müəssisəsində müxtəlif istiqamətlər var. Obyektiv və, şəffaf işləyən məktəb direktorları isə barmaqla sayılacaq qədərdir. İstər Elm və Təhsil Nazirliyi, istər Məktəbəqədər Təhsili Dövlət Agentliyi, istərsə də Azərbaycan Respublikasının qanunvericilik aktları rüşvət kimi halları qətiyyən qadağan edir. Uzun müddətdir ki, nazirlik bu istiqamətdə işlər görür, tədbirlər alır. O tədbirlərin məntiqi nəticəsidir ki, rüşvət alan direktoru işdən çıxarılıb. Ümumiyyətlə bu prosesin qarşısını almağın yeganə yolu var. Yəni hər hansı bir şəxs məhz korrupsiya faktına imkan yaradırsa, həmin şəxs dərhal vəzifəsindən azad olunmalı haqqında hüquq mühafizə orqanları cinayət işi başlatmalıdır. Hətta həmin şəxs müəyyən müddət də olsa, azadlıqdan məhrum edilməlidir ki, digərləri üçün artıq bir növ örnək olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi