
Tramp "Türkiyəyə güvənirəm" deməklə Rusiyaya mesaj verir- ŞƏRH
Yusif Nəzərli
08:39 26.03.2025
Gündəm
480
Azərbaycanla Ermənistanın sülh müqaviləsini məhz Türkiyədə imzalaması da heç kimi təəccübləndirməməlidir
Azərbaycan torpaqları 30 il işğal altında olub. Bu hadisələrin təkrarlanmaması üçün lazımi addımlar atılmalıdır. Yaxın gələcəkdə davamlı sülhün təmin olunacağına ümid edirik. Bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Bakı və İrəvan arasında sülh sazişi mətni üzrə razılaşmanı şərh edərkən deyib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik də deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması Cənubi Qafqaz üçün mühüm addımdır. Çelik qeyd edib ki, bundan sonra Azərbaycana qarşı ərazi iddiaları nəzərdə tutan qanunların və ya konstitusiya maddələrinin dəyişdirilməsi Ermənistan üçün də vacibdir. Qeyd edək ki, martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşdığını bəyan edib.

Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq qardaş Türkiyənin təhlükəsizlik çətiri altına, nəzarətinə verilir. Ekspertin sözlərinə görə, aprel ayında da bunlar müzakirə olunacaq:
"ABŞ prezidenti Donald Tramp "Türkiyəyə güvənirəm" deməklə Rusiyaya mesaj verir. Azərbaycanla Ermənistanın sülh müqaviləsini məhz Türkiyədə imzalaması da heç kimi təəccübləndirməməlidir. Qardaş Türkiyə həm Avropa Birliyi, həm ABŞ, həm də Ermnistan üçün olmazsa-olmaz güc mərkəzinə çevrilir. Paşinyan hökumətinin Rusiyadan rəğbət görmədiyi, Qərbdən təhlükəsizlik qarantiyası ala bilmədiyi şəraitdə İrəvan hökuməti öz təhlükəsizliyini necə təmin edəcək? Dövriyyəyə qardaş Türkiyə girəcək. Paşinyanın Türkiyəli jurnalistləri Ermənistana dəvət etməsi, Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışması, sərhədlərin açılması görüntüsü Ermənistanın öz təhlükəsizliyinə hesablanmış məsələlərdir. Türkiyənin vazkeçilməz ölkə olması faktı ortadadır. Paşinyan hökuməti anlayıb ki, Azərbaycan və Türkiyəsiz Ermənistanın öz təhlükəsizliyini təmin etməsi mümkün deyil. Artıq baş nazir ATƏT-in Minsk qrupunun ləğvindən də danışır. Paşinyanın 2026-cı ildə uğur qazanması da Azərbaycanla sülh müqaviləsini imzalanmasından asılıdır. 2021-ci ildə erməni xalqı məğlub Paşinyana ona görə səs verdi ki, baş nazir sülh sözü vermişdi, erməni toplumu müharibə istəmir. Ona görə Paşinyan həm referendumla yeni Konstitusiyanı qəbul etdirəcək, həm də Minsk qrupunu ləğv edəcək. Eyni zamanda Zəngəzur dəhlizini də açacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalda oğurluq edən şəxslər saxlanılıblar
18:28 12.08.2026
Hadisə
50 manatlıq bir stəkan çay - İstehlakçıların başına oyun açılır
18:26 12.08.2026
Aktual
Mahmud Abbas Türkiyədə səfərdədir
18:18 12.08.2026
Dünya
Bakıda 16 istiqamətdə sıxlıq var
18:06 12.08.2026
İnfrastruktur
Mingəçevir su anbarında 22 yaşlı gənc batıb
18:02 12.08.2026
Hadisə
Ukrayna ordusu üç vilayətdə əraziləri azad etdi
17:51 12.08.2026
Dünya
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya