Türk aktrisa Duyğu Sarışın, təxminən üç ildir birlikdə olduğu Çağatay Ulusoyla ayrıldıqlarına dair yayılan xəbərləri yalanlayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, aktrisa qısa açıqlama verərək bunları deyib:
"Heç bir zaman şəxsi həyatım haqqında danışmadım. Amma media bizi gah ayırır, gah barışdırır. Ancaq bizim münasibətlərimizdə problem yoxdur".