Rusiyalı aktrisa kokainlə tutuldu


Rusiya polisi “Xoşbəxtik bir yerdə” sitkomunun ulduzu Natalya Boçkaryovanı saxlayıb. Onun üzərində 0,69 qram kokain tapılıb.

“Beşinci kanal”ın yaydığı əməliyyat video çəkilişində aktrisa üzərində narkotik vasitənin tapıldığını etiraf edib.

DİN-in məlumatına görə, yol polisi Stromınka küçəsində Boçkaryovanın idarə etdiyi “Kadillak” markalı maşını saxlayıb. Axtarış keçirən polis əməkdaşları aktrisada içində ağ toz olan paket aşkar edib.

Faktla bağlı cinayət işi qaldırılıb.